Kılıçdaroğlu bu gün sədrliyini təhvil verir

kilicdaroglu-bu-gun-sedrliyini-tehvil-verir
Oxunma sayı: 1754

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayından sonra təhvil-təslim mərasiminin vaxtı açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim bu gün yerli vaxtla 17.00-da baş tutacaq.

Təhvil-təslim CHP-nin Ümumi Qərargahında keçiriləcək.

Xatırladaq ki, Özgür Özəl CHP-nin yeni sədri seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.