“Kim deyir ki, nişanlanmışam?” - Aysel

kim-deyir-ki-nisanlanmisam
Oxunma sayı: 3346

Müğənni Aysel Əlizadə ailə qurmaq istəyindən danışıb.

"Qafqazinfo" xəbər verir ki, ARB TV-nin “Hüseynova bacıları” verilişinin qonağı olan ifaçı bütün cavan qızların ailə qurmaq istədiyini bildirib:

"Elə bir xanım yoxdur ki, ailə qurmaq istəməsin. Allah nəsib etsə, niyə də olmasın. Mən ailə quracağım şəxsdən nəsə öyrənmək istəyirəm. İstəmirəm o məndən nəsə öyrənsin. Təcrübəli olmalıdır”.

Aysel nişanlı olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Kim deyir ki, nişanlanmışam? Elə bir şey yoxdur. Yalansa doğru olsun. Həyatımda heç kim yoxdur”.