“Rəqibin sənə savaş elan edirsə...” - Elnarə söz atdı

reqibin-sene-savas-elan-edirse
Oxunma sayı: 1849

“Həyat mübarizədir. Əgər rəqibin sənə savaş elan edirsə, vacibdir ki, bu çağırışı qəbul edəsən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova instaqram səhifəsində yazıb. Sənətçi adçəkmədən söz atmağı ilə diqqət çəkib:

“Döyüşə alnı açıq, üzü ağ girəsən. Artıq kimin qalib, kimin məğlub olması önəmli deyil. Önəmli olan rəqibinin gözünün içinə mərdi-mərdanə baxa bilməkdir. Əgər bunu etməyə özündə cürət tapırsansa, demək ki, haqlısan. Haqlı tərəfsə, şübhəsiz qalibdir”.