“Kimsə mənə istirahət gününün nə olduğunu izah edə bilər?” - Mahir Emreli

“Kimsə mənə istirahət gününün nə olduğunu izah edə bilər?”
Oxunma sayı: 2477

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya” klubuna qayıdıb məşqlərə qoşulması ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, forvard Tvitter hesabında paylaşdığı fotosuna “Kimsə mənə istirahət gününün nə olduğunu izah edə bilər?” deyə şərh yazıb. 

Qeyd edək ki, ilk koronavirus testi müsbət çıxan M.Emreli DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunu buraxıb. Ancaq onun sonrakı iki testi mənfi çıxıb. Bu səbəbdən karantinə ehtiyac qalmayıb. Emreli Polşa çempionatının növbəti turunda keçiriləcək “Lex”lə görüşdə iştirak edə biləcək.