Kiprdə klub prezidentini güllələyib öldürdülər

kiprde-klub-prezidentini-gulleleyib-oldurduler
Oxunma sayı: 2125

Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus güllələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Limasson şəhərində baş verib.

Klub prezidenti avtomagistralda hərəkətdə olarkən əvvəlcə onun qarşısını mikroavtobusla kəsiblər, daha sonra isə motosikletdə olan naməlum şəxslər ona atəş açıblar. 

S.Dimosentus xəstəxanaya aparılarkən yolda ölüb.