“Kişi - istedadlı, qadın - isti, dadlı” - Qulu Ağsəs

kisi-istedadli-qadin-isti-dadli-qulu-agses
Oxunma sayı: 1070





Azərbaycanın istedadlı şairi Qulu Ağsəs yeni yazdığı şeirlədən birini “Qafqazinfo”ya göndərib. Həmin şeiri oxuculara təqdim edirik.




***
Yarpağın üstündə
damlaya –
işığı düşür damlara.
Qapıda elan:
“Giriş qıfıldan”
Sev illərlə,
unut qəfildən.
Kişi - istedadlı,
Qadın - isti, dadlı;
ya da əksinə:
həyatdı!
Bazardı, bazar
həftənin günləri
Satışda
saat əqrəbinin zəhəri.
...Darıxma, gəlirəm sabahla
İki güllə,
Bir silahla...