Kişilərin keçəlləşməsinin yeni səbəbi məlum oldu

kisilerin-kecellesmesinin-yeni-sebebi-melum-oldu
Oxunma sayı: 4187

Kişilərin keçəlləşməsinin yeni səbəbi açıqlanıb. “Qafqazinfo”nun “Medical Daily”ə istinadən məlumatına görə, problemin kökündə onların normadan artıq işləməsi durur.  

Mütəxəssislər müəyyən edib ki, həftədə 52 saatdan çox işləyən kişilər iki dəfə daha tez keçəlləşir.

Ekspertlər bunu kişilərin normadan artıq işlədikləri zaman keçirdikləri streslə əlaqələndirir.

Emosional gərginlik, öz növbəsində, baş dərisində hormonal dəyişikliyə və saç follekullarının böyüməsinin ləngiməsinə yol açır.