Kiyevdə bakılı sərnişinləri çılpaq qadın qarşıladı - “Buta Airways”ə etiraz

kiyevde-bakili-sernisinleri-cilpaq-qadin-qarsiladi
Oxunma sayı: 18780

Kiyev aeroportunda Femen fəalı gözləmə zalında sərnişinlərin qarşısına yarıçılpaq halda çıxaraq Ukraynaya seks-turlarına etirazını bildirib.

“Qafqazinfo” xəbər verir ki, qadın Bakı reysi ilə gələn sərnişinləri əlində “Tofiq” və “Zakir” plakatları ilə qarşılayıb.

Femen-in saytında bildirilib ki, aksiya Azərbaycan hava yollarının Kiyevə seks-turlara təşviq edən video çarxına cavab idi . 

Qeyd edək ki, video çarxın süjetində qəhrəman qoz-fındıq alaraq Kiyev reysinə minir. Daha sonra Ukraynanın paytaxtında yerli qızlar “Zakir və “Tofiq” yazılan plakatlarla Bakıdan gələn sərnişinləri gözləyirlər.