Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.
Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralananların kimliyi müəyyənləşdirilir.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər