Kobaxidze onu Rusiya ilə münasibətlər üzrə yeni müşavir təyin etdi

kobaxidze-onu-rusiya-ile-munasibetler-uzre-yeni-musavir-teyin-etdi
Oxunma sayı: 1055

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Georgi Kacayanı Rusiya ilə münasibətlər məsələsində yeni müşavir təyin edib. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kobaxidze brifinqdə açıqlayıb.

Onun sözlərinə görə, baş nazirin Rusiya ilə münasibətlər məsələsi üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Zurab Abaşidze hökumət rəhbərinin müşaviri təyin edilib.

Kobaxidze, həmçinin vurğulayıb ki, Abaşidze öz istəyi ilə xüsusi nümayəndə vəzifəsindən istefa verib.