Köklü klub zəlzələyə görə dağılır

koklu-klub-zelzeleye-gore-dagilir
Oxunma sayı: 1658

Türkiyənin TFF 2-ci liqasında çıxış edən "Elazığspor" dağılır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klub prezidenti Selçuk Öztürk açıqlama verib.

O, liqada çəkilməklə bağlı qərarı Elazığda baş verən güclü zəlzələ ilə əlaqələndirib:

“Klubun bazasında çatlar əmələ gəlib. Kənardan gələn futbolçularımız da getmək istəyirlər. Hər kəs narahatdır. Belə bir durumda oyunlara çıxa bilmərik. Ad haqqını qorumaq şərti ilə çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyik".

Qeyd edək ki, "Elazığspor" 1967-ci ildə yaradılıb.