“Kölgədə”ki nazirlikdən baş nazirliyə- - Fotosessiya

kolgedeki-nazirlikden-bas-nazirliye-
Oxunma sayı: 2772



“Qafqazinfo” xəbər verir ki, AKP Mərkəzi İdarə Heyəti xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir və partiya sədri seçib. 

Davudoğlu 1959-cu ilin fevral ayındaTürkiyənin Konya vilayətinin Taşkənt şəhərində dünyaya gəlib. O, 1984-cü ildə Sara Davudoğlu ilə ailə qurub. Mehmet Səfurə, Məmnunə və Həcər Bikə adlarında 4 övladı var. 

2002-ci ildə AKP seçkilərdə qalib gəldikdən sonra müvəqqəti olaraq baş nazir olan Abdullah Gülün baş müşaviri olub. Həmin vaxt Davudoğlu Avropa Birliyi, Kipr müzakirələri, İraq müharibəsi ilə bağlı diplomatik danışıqlarda fəal iştirak etiyi üçün siyasilər tərəfindən “kölgədəki xarici işlər naziri” də adlandırılırdı. Bu proseslərdən yeddi il sonra- 2009-cu il mayın 11-də xarici işlər naziri təyin olunub.