İtaliyanın paytaxtı Romada yerləşən və şəhərin əsas tarixi simvollarından biri sayılan Kolizeyin altında arxeoloqlar yeni bir tunel aşkarlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 55 metr uzunluğunda olan bu gizli keçid birbaşa amfiteatrın bünövrəsinə oyulub.
Araşdırmalara görə, Roma imperatorları həmin keçiddən istifadə edərək arenadan insanlara görünmədən çıxıblar.
Mütəxəssislər tunelin eramızın 70-ci illərində Kolizey tikildikdən bir neçə onillik sonra – I və II əsrlər arasında inşa olunduğunu bildirirlər.
Kolizey Arxeoloji Parkının yaydığı məlumata əsasən, bərpa işlərindən sonra keçiddə işıqlandırma və havalandırma sistemləri quraşdırılıb və o, artıq ziyarətçilər üçün açıqdır.
Qeyd edək ki, Kolizeyin inşasına eramızın 72-ci ilində başlanılıb və 80-ci ildə tamamlanıb. Tarixdəki ən böyük elliptik amfiteatr sayılan bu monumental tikili VIII əsrdən etibarən “Kolizey” adlandırılır.
Son xəbərlər
Son Xəbərlər