Gömrük sərhədindən 636,14 qram civənin keçirilməsinin qarşısını alınıb.
Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, xüsusi təhlükəli maddə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Qazaxıstan Respublikası vətəndaşından aşkar olunub. Xaçmaz Gömrük İdarəsinin “Samur “ Gömrük Postunda piyada yolla ölkəmizə gələn həmin şəxsin əl yükü olan 1 ədəd çantaya “Heiman Smith” markalı rentgen aparatında gömrük baxışı keçirilib.
Çantadakı konfetlərin arasında şübhəli qaraltılar müşahidə olunduğundan yüklər qanunvericiliyin tələbləri çərçivəsində yoxlanılıb. Yoxlama zamanı çantadakı konfetlərin qablaşdırıldığı kağızlara bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən 3 ədəd flakonda çəkiləri 216,65 qram, 211,32 qram və 208,17 qram olmaqla, ümumilikdə çəkisi 636,14 qram olan civə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər