Konfrans Liqasının da finalçıları bilindi

konfrans-liqasinin-da-finalcilari-bilindi
Oxunma sayı: 2893

Futbol üzrə Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hər iki matça eyni saatda start verilib.

Turnirin favoritlərindən “Roma” İtaliyada İngiltərənin “Lester Siti” komandasını qəbul edib. “Olimpiko” stadionundakı görüşü serbiyalı referi Srcan Yovanoviç idarə edib. Lesterdə baş tutmuş ilk qarşılaşmada qalib müəyyənləşməmişdi – 1:1. Bu oyunda isə “Roma” qələbə hesabını sonadək qoruya bilib və finala yüksəlib.

Digər cavab oyununda isə Niderland “Feyenoord”u Fransada Marsel “Olimpik”i ilə üz-üzə gəlib. “Velodrom” stadionundakı matçın baş hakimi isveçrəli Sandro Şerer olub. Rotterdamdakı ilk görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanmışdılar. Marseldəki görüşdə isə qapılara qol vurulmayıb.

Beləliklə, həlledici oyunda “Roma” ilə “Feyenoord” üz-üzə gələcək. Konfrans Liqasının final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək.