Koronavirusla bağlı indiyə olan rəqəmlər - Video

Koronavirusla bağlı indiyə olan rəqəmlər
Oxunma sayı: 2760

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 209 ölkəsində 1 347 566 nəfər koronavirusa yoluxub. Azərbaycanda isə 590 nəfər aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 11-nin vəziyyəti ağır, 17-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 7 nəfər virus səbəbindən həyatını itirib, 44 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 336 878 aktiv  xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 17 minə çatır. Artıq İspaniya da koronavirusa yoluxma sürətinə görə İtaliya və Çini qabaqlayıb. Ölkədə  indiyə kimi 137 min yoluxma halı qeyd olunub. Almaniyada 104 minə yaxın yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 1810 ölüm.

Qonşu Türkiyədə yoluxma sayı artıq 30 mini ötüb. İranda sağalanların sayı hər keçən gün yüksəlir. Ölkədə 32 min aktiv, 24 min sağalmış xəstə var.

“Qafqazinfo” qlobal pandemiyanın hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı videoçarx hazırlayıb. 

Sözügedən videoçarxı təqdim edirik:


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi