Kredit kalkulyatoru bankdan alacağınız kredit üzrə müəyyən hesabatları etməyiniz üçün istifadə edə biləcəyiniz bir vasitəsdir. ABB bank saytına daxil olub, kredit kalkulyatoru bölməsində kredit məbləğini və kredit müddətini daxil edərək siz yekun məbləği hesablaya bilərsiniz. Bununla yanaşı, aylıq kredit ödənişinizi də bu kalkulyator vasitəsi ilə öyrənmiş olacaqsınız. Kredit kalkulyatoru sizə kredit almazdan əvvəl alacağınız borc ilə bağlı bütün hesabları aparmaqda kömək olacaqdır. Filiala yaxınlaşmadan, yalnız veb saytından vaxt itirmədən kredit məbləğini və aylıq ödənişi öyrənmək mümkündür. Bu kredit kalkulyatoru istifadə edərək, online kredit, istehlak krediti, gündəlik ehtiyac krediti kimi kreditlər üçün hesablar apara bilərsiniz.
Kredit – dəyərin müvəqqəti istifadəyə verilməsi səbəbi ilə bağlı yaranan, borcalan və kreditor arasında formalaşan iqtisadi münasibətlərdir. İstənilən kommersiya bankının kredit siyasəti bir neçə kreditləşmə prinsiplərinə əsaslanır. Yəni bu o deməkdir ki, bank ayrı-ayrı borcalanlara müəyyən şərtlər ilə fərqli kredit növləri təqdim edir.
Online Kredit Kalkulyatoru
Online kredit almaq üçün ABB bank saytından online kredit sifarişi etmək kifayətdir. Şəxsiyyət vəsiqəsinin fin kodunu və mobil nömrənizi daxil edərək, gözləmədən online şəkildə nağd və ya kartla kredit almaq mümkündür. Online kredit kalkulyaotu online müraciətinizi asanlaşdırmaq və hesablarınızı təkbaşınıza etməyiniz üçün bir vasitədir. Online kredit kalkulyatoruna kredit məbləğini, kredit müddətini və faiz dərəcəsini əlavə edərək, həmin məbləğə uyğun aylıq kredit məbləğini və yekun kredit məbləğini ekranda görə bilərsiniz.
ABB kredit kalkulyatoru
ABB kredit kalkulyatoru ilə ABB bankın təklif etdiyi kredit məhsullarına müraciət etməzdən əvvəl kredit məbləği ilə bağlı hesablar edə bilərsiniz. ABB Kredit kalkulyatoru ilə müxtəlif məbləğlərdə kreditləri müqayisə edə bilrsiniz və sizin üçün ən uyğun kreditin hansı olduğunu öyrənə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər