“Kreml Qarabağdakı vəziyyətdən narahatdır” - Peskov

kreml-qarabagdaki-veziyyetden-narahatdir
Oxunma sayı: 3998

“Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, onun inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib.

“Həqiqətən, biz çox diqqətlə müşahidə edirik, təbii ki, vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatıq, tərəfləri təmkinli olmağa, başlıcası isə, məlum üçtərəfli sənədlərin bütün müddəalarının yerinə yetirilməsinə çağırırıq”, - Peskov qeyd edib.