Laçındakı qəzada həlak olan hərbçilərin - Fotosu

lacindaki-qezada-helak-olan-herbcilerin
Oxunma sayı: 2453

Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan hərbçilərin fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki,  hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib. “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb. Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.

Baş leytenant Elməddin Nəsibov

Gizir Kamal Kamallı