Lavrov koronavirusa görə özünü təcrid etdi

lavrov-koronavirusa-gore-ozunu-tecrid-etdi
Oxunma sayı: 2821

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olduğu üçün özünü təcrid edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in informasiya və mətbuat departamenti məlumat verib.

Bildirilir ki, Lavrov özünü yaxşı hiss edir. Onun planlaşdırılmış görüşləri və səfərləri təxirə salınıb.