Lavrovla Çavuşoğludan Fələstinlə İsrailə çağırış

lavrovla-cavusogludan-felestinle-israile-cagiris
Oxunma sayı: 3180

Ötən gün Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər Fələstin-İsrail qarşıdurması ilə bağlı bu iki ölkəyə çağırış ediblər.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbərləri fələstinlilərin Şeyx Cərrah bölgəsindən uzaqlaşdırılmasını pisləyib və hər iki tərəfi müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar. 

Bundan əlavə, nazirlər “Sputnik V” peyvəndinin Türkiyəyə gətirilməsinin təşkili və iki ölkə arasındakı razılaşma çərçivəsində Türkiyədə istehsalı ilə əlaqədar məsələləri də müzakirə ediblər. 

Görüşdə Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.