“Liverpul” üçün ciddi itki

liverpul-ucun-ciddi-itki
Oxunma sayı: 3058

“Liverpul”un müdafiəçisi Covanni Leoni ciddi zədə alıb.

“Qafqazinfo” xəbər verir ki, çarpaz bağları qopan 18 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.

O, İngiltərə Liqa Kubokunun 3-cü turunda “Sauthempton”la debüt (1:2) matçında zədələnib.

Leoni “Liverpul”a bu yay “Parma”dan (İtaliya) 31 milyon avroya keçib.

Xatırladaq ki, “Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.