Liviyada bu sayda insan yaşadığı yerdən didərgin düşüb

liviyada-bu-sayda-insan-yasadigi-yerden-didergin-dusub
Oxunma sayı: 1809

Liviyadakı daşqınlar səbəbi ilə 40 mindən çox insan yaşadığı ərazidən didərgin düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)  məlumat yayıb.

Təşkilat Liviya üçün daha çox iş görülməli olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlar baş verib.

Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe sel səbəbiylə 11 sentyabrda ölkə daxilində 3 günlük matəm elan edib.