Liviyadan Suriya xalqına 100 milyon dollarlıq zəkat

liviyadan-suriya-xalqina-100-milyon-dollarliq-zekat
Oxunma sayı: 647

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Liviya Milli Keçid Şurasının (MKŞ) sədri Mustafa Əbdülcəlil Suriya müxalifətinə 100 milyon dollar məbləğində yardım etdiklərini deyib.

MKŞ sədri Əlcəzairin Xarici İşlər naziri Murad Mələnci ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında sözügedən yardımı Liviya xalqının zəkatı kimi qəbul etdiklərini bildirib.

Bu arada suriyalıların Bəşşar Əsəd zülmündən xilas olmaq üçün ölkəni tərk etməyə başladıqları xəbər verilir. Son iki gündə 2 mindən çox insanın evlərini tərk edərək, Livana sığındıqlarının bildirildiyi xəbərdə mühacirlərin əksəriyyətinin qadın və uşaqlardan ibarət olduğu qeyd olunub.

Livanın Sosial İşlər naziri Vail Əbu Fəvr ölkəsinin “əl-Nəhar” qəzetinə müsahibəsində təhlükəsizliklə bağlı məsələlərin həll edilməsindən sonra suriyalı qaçqınların ölkələrinə qayıdacaqlarını bildirib.