Lor Hospitalın həkim heyəti Beynəlxalq konfransda çıxış edərək, ölkəmizi uğurla təmsil ediblər.
"Qafqazinfo" xəbər verir ki, 14-16 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Dünya ölkələrin 7-ci Ümumdünya Koxlear İmplantasiya Konqresi (7th World Congress on Cochlear Implants in Emerging Nations) təşkil olunub. Konfransın keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə implantasiya sahəsində problemlərin həlli yollarını tapmaqdır. Konfranda 100-dən çox ölkənin ümümilikdə 500-dən çox həkim heyəti iştirak edib.
Azərbaycandan ilk dəfə olaraq Lor Hospitalın həkim heyəti bu Beynəlxalq konfransda panelist və spiker kimi çıxış ediblər.
Lor hospitalın qulaq cərrahiyyəsi üzrə mütəxəssis həkimləri, Baş həkim Uzman Dr. Xəyyam Məsiyev panelist və məruzəçi, Aparıcı cərrahlar Op.Dr. Cəmşid Məmmədov panelist, Uzman Dr. Tacəddin Muradov və Audioloq Dr.Amaliya Qəmbərova iştirakçı kimi çıxış edərək və ölkəmizi uğurla təmsil ediblər.
Son xəbərlər
Son Xəbərlər