Lukaşenko yenidən prezident olmaq istəyir

lukasenko-yeniden-prezident-olmaq-isteyir
Oxunma sayı: 1521

Belarus prezidenti Aleksandr Lukaşenko 2020-ci ildə də prezidentlik postuna namizəd olacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə parlament seçkilərinə səs verdikdən sonra jurnalistlərə açıqlamasında Aleksandr Lukaşenko deyib:

“Seçkilər 2020-ci ilin yayında keçiriləcək və mən də iştirak edəcəm. Ancaq liderlik kreslosundan “göyərmiş barmaqlar”la yapışmayacam. Belarus sakinləri özləri mənim namizədliyimi irəli sürməlidirlər”.