“Maaşlar vaxtında verilib, ixtisarlar olmayıb”

maaslar-vaxtinda-verilib-ixtisarlar-olmayib
Oxunma sayı: 2722

“2019-cu ildə Heydər Əliyev adına Hava Limanı 4 milyon 740 min sərnişinə xidmət edib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

O bildirib ki, 2020-ci il başlayandan bu günədək olan məlumata görə, 760 min sərnişinə xidmət göstərilib: “İyunun sonuna kimi 2 milyon sərnişinə xidmət etmək nəzərdə tutulmuşdu. Burada fərqi və ziyanı görmək olur. Dövlət AZAL-a maddi yardım edir. Əməkdaşlar maaşlarını vaxtlı-vaxtında alıblar. Biz bir nəfər də olsun işçini ixtisara salmamışıq”.

Murad Əhməd