Maduronun həbsindən sonrakı ilk görüntüləri - Foto

maduronun-hebsinden-sonraki-ilk-goruntuleri
Oxunma sayı: 7631

Sosial şəbəkələrdə Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən saxlanılmasına dair iddia olunan fotoşəkil yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yayılan görüntülərdə Maduronun ABŞ xüsusi təyinatlılarının nəzarəti altında olduğu əks olunub.

Qeyd edək ki, beynəlxalq agentliklər Nikolas Maduronun artıq ABŞ-də nəzarət altında saxlanıldığını bildirirlər. Məlumata görə, Venesuela lideri narkoticarət və korrupsiya da daxil olmaqla bir sıra ağır cinayət ittihamları ilə Amerika məhkəməsi qarşısına çıxarılacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə Maduronun ələ keçirilərək ölkədən çıxarıldığını bəyan etmişdi.