Malatyada 5,6 ballıq zəlzələ, ölən və yaralananlar var - Yenilənib

malatyada-56-balliq-zelzele-olen-ve-yaralananlar-var
Oxunma sayı: 7763

Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 12:04-də Malatyanın Yeşilyurt rayonunda qeydə alınıb.

Ətraf rayonlada da hiss edilən zəlzələ 6,96 kilometr dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində bir neçə bina dağılıb.

Məlumata görə, bir ata və qızı qəzalı vəziyyətdə olan binadan əşyalarını götürmək istədikdə bina uçub, ata və qızı dağıntılar altında qalıb. 

***

Zəlzələ nəticəsində 1 nəfər həlak olub, daha 69 nəfər isə yaralanıb. 25 binanın uçduğu ehtimal edilir. Hazırda 5 binada axtarış-xilasetmə işləri aparılır.

***

Şəhərin Yeşilyurt adlı bölgəsində bir nəfər dağıntılar altından xilas edilib. Hazırda xilasetmə işləri davam etdirilir. 

***

Zəlzələ nəticəsində 29 bina uçub. Bununla yanaşı, yaralıların sayı 110 nəfərə çatıb. Dağıntılar altından isə 32 nəfər xilas edilib. 

Həmçinin oxuyun: “AzerGold” и Министерство горнодобывающей промышленности и геологии Узбекистана подписали меморандум