Malik Həsənov 4 kənddə görüş keçirdi - Fotolar

malik-hesenov-4-kendde-gorus-kecirdi
Oxunma sayı: 2946

Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun seçicilərlə görüşü davam edir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Həsənov namizədliyini irəli sürdüyü 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti dəfə sakinlərlə görüşüb.

M.Həsənov bu dəfə rayonunun Hamarqışlaq, Xəlilabad, Qamışlıgöl və Seyidbazar kəndlərində seçicilərlə görüşərək vətəndaşların müraciətləri və problemlərini dinləyib. M.Həsənov bundan öncə də bu ərazidən millət vəkili seçildiyi üçün sakinlərin bugünkü problemlərini bildiyini və onların həlli üçün yenə də əzmlə fəaliyyət göstərəcəyini bildirib.

Malik Həsənov qeyd edib ki, YAP-ı təmsil edən hər bir namizəd kimi onun da vəzifəsi sıravi vətəndaşlara xidmət etməkdir.

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.