Mariupolda doğum evinin bombalanması zamanı 17 nəfər yaralanıb - Video+Yenilənib

mariupolda-dogum-evinin-bombalanmasi-zamani-17-nefer-yaralanib
Oxunma sayı: 4552

Rusiya ordusu Mariupolda doğum evini və uşaq xəstəxanasını vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Suspilne News” məlumat yayıb.

Bildirilib ki, binalara bir neçə bomba atılıb, nəticədə tikililər tamamilə dağılıb.

Hələlik yaralılar barədə məlumat yoxdur.

***

Mariupolda doğum evinin bombalanması nəticəsində 17 nəfər yaralanıb. Onların arasında yeni ana olan qadınlar da var.