Maşın dərəyə aşdı - Yaralılar var

masin-dereye-asdi
Oxunma sayı: 1961

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb və nəticədə,  Bakı şəhər sakinləri - 1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov