Maşından düşüb yolda dayanan şəxslər faciəvi şəkildə öldü

masindan-dusub-yolda-dayanan-sexsler-facievi-sekilde-oldu
Oxunma sayı: 6600

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar-1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmış. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vurub öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam Rza