Maşınlara ciddi ziyan dəyməsə də, sərnişin öldü

masinlara-ciddi-ziyan-deymese-de-sernisin-oldu
Oxunma sayı: 2658

Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospekti 2072-nin qarşısında 1999-cu il təvəllüdlü Kənan Əzizlinin sürdüyü “Hyundai” ilə 1998-ci il təvəllüdlü Məmməd Ağayevin taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.

Belə ki, eyni istiqamətdə hərəkət edən avtomobillər bir-birinə toxunaraq dayanıb. Bu zaman maşınlara ciddi ziyan dəyməsə də, “Toyota Prius”da olan sərnişin, Zaqatala rayon sakini, 1962-ci il təvəllüdlü Muxlisə Abdullayeva baş nahiyəsində ağrıların olduğunu deyib. O, hadisə yerinə dəvət edilən təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.