Mayk Tayson bloqerlə döyüşdə nə qədər qazana bilər?

mayk-tayson-bloqerle-doyusde-ne-qeder-qazana-biler
Oxunma sayı: 3529

Xəbər verdiyimiz kimi, əfsanəvi amerikalı boksçu Mayk Tayson həmyerlisi bloqer Ceyk Paulla döyüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu döyüşdə Mayk qalib gələrsə, ona yüksək məbləğdə pul veriləcək. Onun təxminən 20 milyon dollar qazanacağı qeyd olunub. 

Xatırladaq ki, Tayson və Paul arasındakı döyüş iyulun 20-nə təyin edilib. Maykın hazırda 57, Ceykin isə 27 yaşı var.