“Mbappe PSJ-ni tərk edəcək” - Rəsmi açıqlama

mbappe-psj-ni-terk-edecek
Oxunma sayı: 1835

“Kilian Mbappe bu mövsüm klubu tərk edə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike ötən gün “Latsio” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, gələcəkdə Mbappe PSJ-də olmaya bilər : “Bunu nəzərə alaraq taktikamızı digər oyunçularla sınaqdan keçirəcəyik”.

Qeyd edək ki, fransız futbolçunun “Real”a getməsi gözlənilir.