McDonald’s 20 il Azərbaycanda - Video

McDonald’s 20 il Azərbaycanda
Oxunma sayı: 654

Bu il McDonald’s Azərbaycan 20 illiyini qeyd edir. Məhz 20 il bundan əvvəl, 1999-cu ildə dünyaca məşhur brendin Azərbaycanda ilk restoranı açılmışdır. İlk gündən müştərilərin sevimli məkanına çevrilən McDonald’s, bugün də uğurla fəaliyyət göstərir.

“Qafqazinfo” xəbər verir ki, öz müəssisələrinin sayını 17-yə çatdırmış McDonald’s Azərbaycan, bugün ölkəmizdə  öz sektorunda liderlərdən biridir. Bu 20 il ərazində şirkətdə 6500 əməkdaş çalışmış və hal-hazırda ümumi işçi heyətində 1200-dən çox əməkdaş var. Onların arasından 250-dən çox əməkdaş öz bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə McDonald’s Azərbaycan tərəfindən ölkə ərazisində və xarici ölkələrdə xüsusi təlimlərə göndərilmiş, briqada üzvü vəzifəsindən restoran meneceri, ofis işçisi və idarə heyətinədək karyera yolu keçmişdir.
McDonald’s Azərbaycan şirkəti ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında əlamətdar rol oynamış və hal-hazırda o, öz sektorunda ölkənin ən böyük vergi ödəyicilərindən biridir.

Şirkət yerli müəssisələrlə çalışaraq daxili istehsalın inkişafına müsbət təsir göstərmişdir. Beləcə bir neçə yerli müəssisə bütün lazımi beynəlxalq auditlərdən keçdikdən sonra McDonalds-ın rəsmi təchizatçısına çevrilir. Bu müəssisələr Azərbaycanla yanaşı, digər ölkələrə də öz məhsullarını ixrac edir. Bu da sevindirici haldır ki, həmin müəssisələr öz məhsullarını digər ölkələrə “Made in Azerbaijan” adı altında çıxarır.

Bütün McDonald’s məhsulları restoranlara çatdırılmamışdan əvvəl akkreditasiya olunmuş laboratoriyalarda yoxlamanın bütün mərhələlərindən keçir və müvafiq dövlət qurumları tərəfindən verilmiş qida təhlükəsizliyi, uyğunluq, baytarlıq və fitosanitar sertifikatları əldə edir. 

McDonald’s şirkətinin Azərbaycanda fəalliyyətə başlamasından bəri, şirkətin əsas prioritetlərindən biri də uşaqlara yönəlmiş müxtəlif dəstək proqramlarının keçirilməsi, aktiv xeyriyyəçilik fəaliyyəti olmuşdur. McDonald’s Azərbaycan şirkəti bunu müxtəlif vasitələrlə reallaşdırır: həm birbaşa iştirakı, həm də dövlət və qeyri-hökümət təşkilatları ilə xeyriyyə aksiyaları, eləcə də təhsil, idman lahiyələri, ictimai tədbirlər və müxtəlif ictimai tədbirlər həyata keçirir. Bugün uşaqlara dəstək olmaqla, işlədiyimiz ölkənin gələcəyinə sərmayə qoymuş oluruq. “Kiçik uşaqlarda böyük problemlər olmamalıdır!”, – “Ronald McDonaldın Evi” xeyriyyəçilik fondunun şüarıdır. 20 il ərzində McDonald’s Azərbaycan şirkəti öz müştərilərinin dəstəyi ilə Bakıda və regionlarımızda bir çox uşaq evləri və internat məktəblərinə öz köməyini göstərmişdir və 20 il boyunca bu kimi xeyriyyəçilik aksiyalarının keçirilməsi artıq xoş ənənəyə çevrilmişdir. 

McDonald’s Azərbaycan müştərilərinə birlikdə paylaşdıqları xoş anlarla dolu 20 ilə görə öz dərin minnətdarlığını bildirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi