“Medinski də işsiz qalmayacaq” - Putin

medinski-de-issiz-qalmayacaq
Oxunma sayı: 1603

“Keçmiş Mədəniyyət naziri də işsiz qalmayacaq”.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Prezident Vladimir Putin bildirib. Mədəniyyət naziri postuna Olqa Lyubimovanı təyin edən Prezident Vladimir Medinskini də unutmayıb.

“İndi gənc, enerjili qadın yeni nazir təyin olunub. Ancaq sabiq nazir də işsiz qalmayacaq, mədəniyyət sahəsində çalışacaq”, - deyə Putin bildirib.

Xatırladaq ki, yanvarın 15-də Nazirlər Kabineti Dmitri Medvedevin rəhbərliyi ilə tam tərkibdə istefaya gedib. Onun yerinə Baş Nazir postuna Mixail Mişustin təyin olunub. Yanvarın 21-də isə hökumətin yeni tərkibi elan edilib.