Məhkəmə Ebruyla bağı qərarı ləğv etdi - “Mən yox, Rza edib...”

mehkeme-ebruyla-bagi-qerari-legv-etdi
Oxunma sayı: 4115

Məhkəmə iş adamı Rza Zərrabla boşanmağa hazırlaşan Ebru Gündeşlə bağlı verdiyi qərarı ləğv edib. 

Qafqazinfo” xəbər verir ki, villasında “Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qanununa” zidd işlər gördüyü iddiasıyla 3 ilə qədər həbs cəzası tələb olunan Gündeş ifadə verib.

Beykoz məhkəməsində mühakimə olunan müğənni məhkəmə gününü gözləmədən 14 noyabr tarixində baş tutan növbədənkənar iclasda iştirak edib.

Sənətçi ifadəsində 25 noyabr tarixində keçiriləcək üçüncü məhkəmə prosesi zamanı şəhər xaricində olacağını söyləyib.

Məhkəmə ikinci iclasa gəlməyən sənətçi haqqında çıxardığı zorla gətirilmə qərarını da ləğv edib.

E. Gündeş iclas zamanı özünü müdafiə edib:

"Əkiz villalarda təmir işlərini mən etməmişəm, Rza Zərrab tərəfindən həyata keçirilib. Məsələ ilə bağlı mənim aidiyyatım yoxdur. Daha sonra evi ərimin adına keçirtdirdim. Sizin qərarla razı deyiləm".

Xatırladaq ki, R.Zərrab 2011-ci ildə satın aldığı əkiz villaları Ebrunun adına alıb. İş adamı tarixi əsər olaraq qeydiyyatda olan malikanədə təmir işləri aparıb. Daha sonra araşdırma zamanı villalara lift qurlaşdırıldığı, binanın tamamilə dəyişdirildiyi məlum olub.

Bundan sonra Beykoz Prokurorluğu tərəfindən cinayət işi açılıb, cütlüyün 6 aydan 3 ilə qədər həbs olunması istənilib.