“Məhkəmənin qərarı ədalətsizdir”

mehkemenin-qerari-edaletsizdir-
Oxunma sayı: 651

Qəzət bildirir ki, bir ildən çoxdur ki, hakimiyyətin təzyiqləri ilə üz-üzədir və qəzetə qarşı absurd məbləğdə vergidən yayınma ittihamları var ki, bu səbəbdən də qəzetin təsisçisi Şirin Cəfəriyə qarşı korrupsiyaya qarşı mübarizə idarəsində cinayət məcəlləsinin iki maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma) cinayət işi açılıb və bir ildən çoxdur ki, sözügedən işlə bağlı heç bir real hərəkətlənmə həyata keçirilmir. Bu səbəbdən “Gündəm Xəbər” qəzeti sözügedən işdəki durğunluğun özünü də qəzetə basqı kimi dəyərlindirir.

Son məhkəmə qərarı ilə bağlı qəzetin bəyanatında deyilir: “Bütün baş verənlərin ardınca “ZQAN” Holdinqin rəhbəri Anar Məmmədovun mülki qaydada iddiası növbəti təzyiq üsulu idi. Nazir oğlunu əsəbləşdirən məlumatda “Yevlax” Avtovağzalının müdirinin mətbuat konfransında dediklərini, sözügedən avtovağzalın “ZQAN” Holdinq tərəfindən ələ keçirildiyini dərc etmişdik. Sonradan »Yevlax» ASC İdarə Heyətinin sədri Bəhram Məmmədovöz dediklərindən müxtəlif təzyiqlər səbəbindən imtina etdi və hətta bu məsələ ilə əlaqədar nazirin oğlundan üzr də istədi. Biz də məsələnin bu şəkildə qapandığını təxmin etdik. Amma sən demə, nazir oğlunun məqsədi başqa imiş, Anar Məmmədov bu dəfə bizi məhkəmə verdi və bizim də üzr istəməyimizi tələb etdi. Biz isə buna qarşı çıxdıq və sübutlarımızı məhkəməyə təqdim etdik.
Əslində bu iddianın və iddiaya məhkəmə prosesində baxılmasının heç bir hüquqi əsası yox idi. İddiaçı tərəfin iddia ərizəsində göstərdiyi material qəzetimizin 20 fevral 20012-ci il tarixli sayında dərc olunmuşdur. Bundan əvvəl isə 18-20 fevral arasında həmin material bir neçə media qurumunda və internet saytında dərc olunmuşdu. A.Məmmədovun məhkəmədəki nümayəndələri adıçəkilən avtovağzalda “ZQAN”ın heç bir tikinti işi aparmadığını bildirsə də Yevlax rayon icra hakimiyyətinin orqanı olan “Kür” qəzetində bu haqda yazı dərc olunduğu və tikintini “ZQAN” Holdinq tərəfindən aparıldığı göstərilib. “Kür” qəzeti rəsmi media orqanı sayılır. “Kütləvi informasiya vasitələri haqqinda” Azərbaycan Respublikası qanununun 62-ci maddəsində göstərilir: »Kütləvi informasiya vasitəsində yayılmiş həqiqətə uyğun olmayan məlumat:
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayilmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa...
... redaksiya (məsul redaktor), eləcədə jurnalist buna görə məsuliyyət daşımır. Yuxarıda göstərdiyimiz və məhkəməyə də təqdim olunan mənbələr bizim məlumatı dərc edən ilk mənbə olmadığımızı göstərir. KİV haqqında sitat gətirdiyimiz maddə isə qəzetimizi məsuliyyətdən azad edirdi.
Amma hakim Tahir İsmayılovun qərarı ilə qəzetimiz 10 min manat məbləğində cərimələnib. Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılov hansısa marağıni qarşılığında nazir oğlunun iddiasını təmin edərək bizə qarşı 10 min manatlıq cərimə qərarı çıxardı. Biz bu prosesi daha yuxarı məhkəmə instansiyalarında davam etdirəcəyik.” /Gündəm xəbər/