Bu gün futbol üzrə növbəti dünya çempionatına start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin açılışı Mexikoda olacaq.
İlk matçda meydan sahiblərindən Meksika Cənubi Afrika Respublikası yığması ilə qarşılaşacaq.
A qrupunun görüşünə saat 23:00-da start veriləcək.
DÇ-2026
A qrupu
11 iyun
23:00. Meksika – Cənubi Afrika Respublikası
***
Komandaların start heyətləri bəlli olub:
Meksika: Ranxel, Reyes, Montes, Vaskes, Qalyardo, Lira, Fidalqo, Qutyerres, Alvarado, Kinonyes, Ximenes.
CAR: Uilyams, Modiba, Okon, Mbokazi, Sibisi, Mudau, Mokoena, Sitole, Adams, Reyners, Foster.
***
Matç başladı.
***
Meksika hesabı açır. Julian Kinonyes 9-cu dəqiqədə fərqlənir.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Raul Ximenes 67-ci dəqiqədə fərqi artırır.
Son xəbərlər
Son Xəbərlər