Meksikada avtoqəza - 8 ölü, 6 yaralı

meksikada-avtoqeza
Oxunma sayı: 647

Meksikanın Duranqo ştatında fəhlələri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Alfonso Duraso Tvitter hesabında məlumat verib.

Altı yaralı xəstəxanaya yerləşdirilib.

İnsidentin baş vermə səbəbləri hələlik məlum deyil.