Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyevə xəbərdarlıq olunub.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, sektor müdirinə Təhsil İdarəsi tərəfindən xəbərdarlıq edilib.
Bundan başqa, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulova töhmət verilib.
Buna səbəb ötən ay məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub.
***
Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Ucar rayon Rəstəcə kənd tam orta məktəbində baş verən insidentlə bağlı müvafiq tədbirlər görülüb.
Belə ki, bir müddət əvvəl məktəbin 9-cu sinif şagirdləri arasında baş verən münaqişə nəticəsində bir şagird sinif yoldaşına xəsarət yetirib. Hadisə ilə bağlı aidiyyəti qurumlar dərhal məlumatlandırılıb və müvafiq araşdırmalar aparılıb.
Baş vermiş hadisəyə görə məktəbin direktoru Rahib Rəsulova şiddətli töhmət verilib, Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyevə isə xəbərdarlıq edilib.
Təhsil İdarəsi məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin olunmasını, psixoloji maarifləndirmə işlərinin gücləndirilməsini və belə halların təkrarlanmaması üçün preventiv tədbirlərin görülməsini vacib hesab edir. Bu istiqamətdə aidiyyəti üzrə əlavə addımların atılması nəzərdə tutulur.
Bildirilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi məktəblərdə nizam-intizamın təmin olunması, şagirdlər arasında sağlam mühitin qorunması və oxşar halların qarşısının alınması üçün müvafiq tədbirləri davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər