“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel sosial şəbəkədə ona kim olması barədə sual verənlərə cavabını verib. 9 gün əvvəl yeni yaşını qeyd edən aktyor onu hansısa bir kütlədə olmaqla ittiham edənlərin mesajlarını özünəməxsus bir şəkildə cavablandırıb.
“Mən də bunlardanam. Mesajlarda mənə yazmadığınız şey qalmadı: illuminati, dinçi, tayyibçi, ateist, cammatcı və s. Amma inciməyin, mən bunlardanam. Yəni heç tapa bilmədiklərinizdən – aid ola bilmədiklərinizdən.” – deyə aktyorun yazıb paylaşdığı şəkildə arxa fonda müxtəlif siniflərə aid insanlar yer alıb.
Xatırladaq ki, “Yaprak dökümü” serialında oynadığı rolla Azərbaycan tamaşaçısına tanış olan Tolqa Karel 2011-ci ildən azərbaycanlı model Günay Musayeva ilə evlidir.
Son xəbərlər
Son Xəbərlər