“Evimə qayıtdım”

evime-qayitdim
Oxunma sayı: 623

Joze Mourinyo rəsmi olaraq “Real Madrid”ə qayıdıb. Portuqaliyalı mütəxəssis “Kral klubu” ilə 2029-cu il iyunun 30-dək nəzərdə tutulan 3 illik müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, təcrübəli məşqçinin rəsmi təqdimat mərasimi bu gün “Real Madrid City”nin iclas zalında baş tutub.

Tədbir azarkeşlərin və media nümayəndələrinin iştirakı olmadan, qapalı qapılar arxasında keçirilib. İctimaiyyətə yalnız klubun rəsmi kanalı vasitəsilə məhdud sayda fotoşəkillər təqdim olunub.

Klub prezidenti Florentino Peresin yanında yer alan Mourinyo müqaviləyə imza atdıqdan və adının yazıldığı forma ilə şəkil çəkdirdikdən sonra təəssüratlarını bölüşüb:

“Mən evimə qayıtdım”.

Xatırladaq ki, Joze Mourinyo bundan əvvəl 2010-cu ilin mayından 2013-cü ilin iyununa qədər “Real Madrid”in baş məşqçisi kimi çalışıb.