Azərbaycanın istedadlı telejurnalisti Zakir Sadatlı bu gün dünyasını dəyişib. “Qafqazinfo” bir neçə müddətdir xərçəngdən əziyyət çəkən Zakir Sadatlının doğulduğu kəndinə həsr etdiyi şeiri təqdim edir. O, bu gün həmin kənddə dəfn olunacaq.
Nooldu... döndü vələdin,
And içdin düzə, yalana...
Bir quzun itdi...mələdin,
“İtkinim!” - deyib balana-
Niyə aramadın, kəndim?!
Dərd telimi darayan gün
“Ana!” deyib zarıyan gün
Ağlamaqdan səsim batıb,
Göz yaşlarım quruyan gün
Niyə qurumadın, kəndim?!
Bici, axmağı qorudun,
Evi, daxmanı qorudun
Mərci, paxlanı qorudun
Məni qorumadın, kəndim...
Day qoyma ağıl başıma
Day səpmə noğul başıma...
Kül mənim oğul başıma,
Məndən yarımadın, kəndim!..
Qeyd edək ki, fevralın 1-i dostları Zakir Sadatlının qızının toyunda bir araya gəlmişdilər. Bu fotolar da cəmi 4 gün əvvəl həmin toyda çəkilib.
Son xəbərlər
Son Xəbərlər