Meral Akşener sədrliyə namizəd olmayacaq - Yenilənib

meral-aksener-sedrliye-namized-olmayacaq
Oxunma sayı: 1588

Türkiyənin müxalif İYİ partiyasının sədri Meral Akşener partiya rəhbərliyinə yenidən namizəd olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Akşener öz “X” hesabında açıqlayıb.

Onun sözlərinə görə, partiyanın növbədənkənar qurultayında namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, 67 yaşlı Meral Akşener 2017-ci ildə yaradılan İYİ Partiyasının qurucusu və ilk sədridir.

***

İYİ Partiyasının İzmirdən olan millət vəkili Müsavat Dervişoğlu öz sosial şəbəkə hesabında sədrliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

***

İYİ Partiyasının İmmiqrasiya siyasəti üzrə sədr müavini Mehmet Tolqa Akalın da namizəd olacağını bəyan edib.