Mərdəkanda betonqarışdıran maşın aşdı

merdekanda-betonqarisdiran-masin-asdi
Oxunma sayı: 1201

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində "Kamaz" markalı betonqarışdıran maşın aşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Q.İlkin küçəsində qeydə alınıb.

Betonqarışdıran maşının 76 mm diametrində qaz xəttinin üzərinə aşıb və nəticədə qaz xəttinin 8 metrlik hissəsi deformasiyaya uğrayıb.