Merihin Ronaldonun arxasınca etdiyi hərəkət viral oldu - Fotolar

merihin-ronaldonun-arxasinca-etdiyi-hereket-viral-oldu
Oxunma sayı: 5722

“Əl-Əhli” klubunun türkiyəli müdafiəçisi Merih Demiral “Əl Nəsr”lə 2:2 hesabı ilə başa çatan oyunda Kristiano Ronaldonun arxasından etdiyi hərəkətlə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən epizodun görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.

Bir çox azarkeş və futbol ictimaiyyəti bu davranışı etik olmayan və hörmətsiz addım kimi qiymətləndirərək Merih Demiralı tənqid edib.

Xatırladaq ki, Ronaldo və Merih Demiral daha əvvəl “Yuventus”da birlikdə çıxış ediblər və komanda yoldaşı olublar. Məhz bu fakt tənqidlərin daha da artmasına səbəb olub. Sosial mediada “keçmiş komanda yoldaşına qarşı belə davranış yolverilməzdir” kimi şərhlər yer alıb.