Merkel Ərdoğanın dəvəti ilə İstanbuldadır

merkel-erdoganin-deveti-ile-istanbuldadir
Oxunma sayı: 1100

Almaniya kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula gedib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Merkelin təyyarəsi Atatürk Hava Limanına enib.

Merkel və nümayəndə heyəti yüksək təhlükəsizlik şəraitində hava limanından ayrılıb.

Almaniya kanslerinin Ərdoğanla görüşündə ikitərəfli münasibətlər, Gömrük İttifaqının yenilənməsi və viza sərbəstliyi məsələləri müzakirə olunacaq. Bundan başqa, görüş zamanı Liviya və Suriya məsələlərinə də toxunulacaq.